...

Fevralın ilk günlərində Bakıda 14 nəfər yol qəzası nəticəsində xəsarət alıb

Cəmiyyət Materials 3 Fevral 2014 10:26 (UTC +04:00)
Fevralın ilk iki günündə Bakıda baş verən 11 yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər xəsarət alıb.
Fevralın ilk günlərində Bakıda 14 nəfər yol qəzası nəticəsində xəsarət alıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İsabalayeva/

Fevralın ilk iki günündə Bakıda baş verən 11 yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.

Onun sözlərinə görə, həmin günlərdə yol qəzaları əsasən yolların buz bağlaması üzündən baş verib. Fevralın 1-də Bakıda 4 yol-nəqliyyat hadisəsi ilə bağlı təcili tibbi yardıma çağırış edilib. Həmin hadisələr nəticəsində 5 nəfər xəsarət alıb. Onların 4-ü xəstəxanaya catdırılıb, bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Fevralın 2-də baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib, 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti