...

Qax Meşə Mühafizəsi Müəssisəsi ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə İdarəsində çinayət işi qaldırılıb

Cəmiyyət Materials 6 Fevral 2014 13:31 (UTC +04:00)
Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyətindəki pozuntularla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi qaldırılıb.
Qax Meşə Mühafizəsi Müəssisəsi ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə İdarəsində çinayət işi qaldırılıb

Azərbaycan, Bakı, 6 fevral/Trend, müxbir İ.İsabalayeva/

Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyətindəki pozuntularla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi qaldırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 7 meşə dolayında aparılmış araşdırmalar zamanı məlum olub ki, ümumilikdə 435.15 m3 həcmində, 2387.18 manat köküstə nırx dəyərində 328 ədəd aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı aşkar olunub. Buna görə hesablanmış ziyan təqsirkarların hesabına ödətdirilib.

Müəssisə direktoru və 11 meşə mühafizə işçisi barəsində intizam tənbeh tədbirləri görülüb, 6 meşə gözətçisi tutduğu vəzifədən azad olunub. Bununla əlaqədar materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti