...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 19 Fevral 2014 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Fevralın 19-da "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular BMT-nin Azərbaycanda dövlət-din münasibətlərinə dair rəyi, Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə beynəlxalq konfransı, Qazaxıstan-Türkmənistan-İran dəmir yolu layihəsinin böyük potensiala malik olması, Azərbaycanın bölgələrində torpaq sürüşmələrinin mövsümi fəallaşması, Azərbaycanda dahi yazıçı, tarixçi, şair və filosof Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin qeyd olunacağı və digər məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti