...

İğdır Universitetində "Xocalı soyqırımını dünyaya tanıdaq" adlı konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2014 19:20 (UTC +04:00)
Bu gün Türkiyənin İğdır Universitetində “Xocalı soyqırımını dünyaya tanıdaq” adlı konfrans keçirilib.
İğdır Universitetində "Xocalı soyqırımını dünyaya tanıdaq" adlı konfrans keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Bu gün Türkiyənin İğdır Universitetində "Xocalı soyqırımını dünyaya tanıdaq" adlı konfrans keçirilib.

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransdan öncə universitetin foyesində Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş edilib. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra açılış nitqi ilə çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev və Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksel Gülbəy Xocalı şəhidlərini anaraq 22 il əvvəl törədilmiş soyqırım ilə bağlı Türkiyə və müxtəlif ölkələrdə həyata keçirdikləri fəaliyyətlər haqqında iştirakçılara geniş məlumat veriblər.

Daha sonra məruzə ilə çıxış edən İğdır Universitetinin müəllimi dos.dr. Türkan Kadirzadə ermənilərin türk və müsəlman dünyasına qarşı zaman-zaman həyata keçirdikləri soyqırımlar haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

Konfransda çıxış edən BDM-in sədr müavini Samir Adıgözəlli isə Xocalı soyqırımına gedən yolun tarixi haqqında, XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş cinayətlər haqda tarixi faktları qeyd edib. Eyni zamanda ermənilərin həyata keçirdiyi hərbi cinayətlərin sübuta yetirilməsi üçün kifayət qədər əsasların olduğunu bildirərək dünyanı ədalətli olmağa səslədi.

Konfransda iştirak edən Qarabağ müharibəsi iştirakçısı, Xocalı faciəsinin canlı şahidi Əlövsət Qasımov da Xocalıda həyata keçirilmiş soyqırım zamanı günahsız insanların başına gətirilənləri qeyd edərək, şahidi olduğu hadisələr haqqında iştirakçılara geniş məlumat verib. Daha sonra Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub.

Konfransın sonunda İğdır Universitetinin rektoru prof.dr. İ. Haqqı Yılmaz Xocalını anım nitqi ilə çıxış edərək, məruzəçilərə plaketlər təqdim edib.

Konfransda İğdırda fəaliyyət göstərən QHT rəhbərləri, AKP, CHP və MHP-nin Bələdiyyə başqanlığına namizədlər, KİV nümayəndələri, universitetin müəllim və tələbə heyəti iştirak edib.

BDM və ASİM-DER-in Xocalı soyqırımı ilə bağlı Van və İğdır vilayətlərində həyata keçirdikləri tədbirlər bu gün akşam Xocalı şəhidlərinin ruhuna oxunacaq Qurani Kərim və veriləcək ehsanla yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti