...

"Şərq tərəfdaşlığı" ölkələrinin fövqəladə hallar xidmətləri Tbilisidə təlimlər keçiblər

Cəmiyyət Materials 27 Fevral 2014 19:12 (UTC +04:00)
Tbilisidə "Şərq tərəfdaşlığı" proqramının himayəsi altında "PPRD East" proqramının komanda təlimlərinin baş planlaşdırma konfransı başa çatıb.
"Şərq tərəfdaşlığı" ölkələrinin fövqəladə hallar xidmətləri Tbilisidə təlimlər keçiblər

Gürcüstan, Tbilisi, 27 fevral /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə "Şərq tərəfdaşlığı" proqramının himayəsi altında "PPRD East" proqramının komanda təlimlərinin baş planlaşdırma konfransı başa çatıb.

Trend Gürcüstan Daxili İşləri Nazirliyinə istinadən xəbər verir ki, proqramın iştirakçılarına sertifikat və mükafatlar təqdim olunub.

Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova və Ermənistanın fövqəladə hallar xidmətlərinin nümayəndələri irimiqyaslı fəlakətlər zamanı birgə xilasetmə əməliyyatlarını planlaşdırıb, həmçinin humanitar, texniki təchizat metodlarını müzakirə ediblər.

Tərəflər, eyni zamanda, beynəlxalq medianın fəaliyyət planını və mətbuat xidmətlərinin əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, "PPRD East" "Şərq tərəfdaşlığı" ölkələrində antropogen və təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və reaksiya verilməsi üzrə proqramdır.

Proqramı Avropa İttifaqı maliyyələşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti