...

"AzerNews" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 7 Mart 2014 11:26 (UTC +04:00)
Martın 7-də "AzerNews" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb
"AzerNews" qəzetinin növbəti nəşri çapdan çıxıb

Azərbaycan, Bakı, 7 mart /Trend/

Martın 7-də "AzerNews" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Avropa Gimnastika İttifaqının Prezidenti Corc Quelzeşin "AzerNews" qazetinə eksklüziv müsahibəsi, Azərbaycanda alternative enerji sahəsinin inkişaf perspektivləri, Cenevrə razılaşmasından sonra İran iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı ekspert rəyləri, Ermənistan hökumətinin ölkə iqtisadiyyatının çıxılmaz vəziyyətdə olmasını etiraf etməsi, Azərbaycanda yeni "halal" standartının tətbiqi və digər məqalələrlə tanış ola bilərlər.

"AzerNews" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti