...

DİN-in təşəbbüsü ilə tolerantlıq mövzusunda növbəti konfrans Qaradağda keçirilib

Cəmiyyət Materials 3 Aprel 2014 17:33 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda növbəti konfrans aprelin 3-də paytaxtın Qaradağ rayonunda keçirilib.
DİN-in təşəbbüsü ilə tolerantlıq mövzusunda növbəti konfrans Qaradağda keçirilib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans aprelin 3-də paytaxtın Qaradağ rayonunda keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması, radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrıseçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən kompleks tədbirlər görüldüyünü bildirib.

Qaradağ RPİ-nin rəisi, polis polkovniki İntiqam Mirsalayev rayonda radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyillərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinin müdiri Nizami Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ üzrə dini icmasının sədri İsa İsmayıloğlu, Ağsaqqallar Şurasının sədri Təhməz Hüseynov rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti