...

Bakının Zığ şosesində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 17 Aprel 2014 12:01 (UTC +04:00)
Bakının Zığ şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakının Zığ şosesində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Bakının Zığ şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə gün ərzində Zığ şosesində (Zığ dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Hərəkət yolun 2 zolağı üzrə məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti