...

Allahşükür Paşazadə ABŞ-a səfərə gedir

Cəmiyyət Materials 28 Aprel 2014 09:39 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel tarixlərində "ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfər edəcək.
Allahşükür Paşazadə ABŞ-a səfərə gedir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel tarixlərində "ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycandakı dini konfessiya rəhbərlərinin - pravoslav icmanın rəhbəri Arxiyepiskop Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və katolik icmanın ordinatoru Vladimir Feketenin daxil olduğu nümayəndə heyəti tədbirin "Dialoqun möhkəmləndirilməsi - tolerantlığın təşviq olunması" mövzusunda IV sessiyasında iştirak edəcək.

Sessiyanın panel iclasında QMİ sədri A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti