...

"28 Cinema"da "Monako şahzadəsi"

Cəmiyyət Materials 14 May 2014 17:24 (UTC +04:00)
Azərbaycanın premium səviyyəli kinoteatrı qapalı film nümayişi keçirəcək
"28 Cinema"da "Monako şahzadəsi"

Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" mövsümün ən gözlənilən filmi üçün qala gecəsi təşkil edəcək. Belə ki, kinoteatr may ayının 21-də, premyeradan bir gün öncə çoxlarının intizarla gözlədiyi "Monako şahzadəsi" filminin qapalı nümayişini keçirəcək.

Qala gecədə qonaqlara film nümayiş etdiriləcək, furşet təşkil olunacaq və sponsorlar tərəfindən müxtəlif müsabiqələr keçiriləcək.

Giriş yalnız dəvətnamə ilədir.

Qapalı nümayişə ölkənin bir çox məhşur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər dəvət olunublar. Tədbir, həmçinin ölkənin aparıcı kütləvi informasiya vasitələri, media nümayəndələri tərəfindən işıqlandırılacaq.

Tədbirin sponsorları "Nargis" jurnalı, "107.7 Avto FM", "Paşa Bank" və "Wedding Art House"dur. Tədbirin platinum sponsoru isə "Qarant Sığorta"dır.

Film Monako şahzadəsindən və onun seçimindən bəhs edir. Hollivud onun ayaqlarının altında ikən, möhtəşəm villalar, Oskar ziyafətləri və cazibəli kişilər olduğu halda onun seçimi Fransa yaxınlığında kiçik ölkənin şahzadəsi, şah sarayı və zadəgan balları olur. O, Hollivudun kraliçası olarkən, Monakonun şahzadə xanımı olmağı üstün tutur.

Film dram və tərcümeyi-hal janrında çəkilib. Filmin rejissoru Olivye Daandır. Monako şahzadəsi rolunu məhşur Hollivud ulduzu Nikol Kidman oynayıb.

Film may ayının 22-dən etibarən "28 Cinema"da nümayiş olunmağa başlayacaq. Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür, həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, "Barco" yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti