...

Qərb regionu üzrə Rus icmasının konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 31 May 2014 17:37 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının qərargahında Azərbaycanın qərb regionu üzrə Rus icmasının konfransı keçirilib.
Qərb regionu üzrə Rus icmasının konfransı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının qərargahında Azərbaycanın qərb regionu üzrə Rus icmasının konfransı keçirilib.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, Rus icmasının sədri Mixail Zabelin, sədr müavini B.Voronin, Kəpəz və Nizami rayonları üzrə Rus icmasının sədrləri, Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Həsən Əliyev, YAP Gəncə şəhər təşkilatı İdeoloji şöbənin müdiri Hüseyn Budaqov, rusdilli xalqların qərb regionunda yaşayan nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə qərb regionu üzrə Rus icmasının sədri Valeri Kozin açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Konfransda Rusiya və Sovet İttifaqı Ali məktəb Şuraları Assosiasiyasının sədri Ü.Əliyev "Novosti Gəncə" qəzetinin redaktoru, qərb regionu üzrə Rus icmasının sədr müavini İ.Kalaşnikova, Gədəbəy Rus icmasının sədri N.Bıçkov, YAP Gəncə şəhər təşkilatı İdeoloji şöbənin müdiri H.Budaqov, ADAU-nun kafedra müdiri Z.Hümbətov çıxış edərək Rusiya və Azərbaycan xalqları arasında tarixən yaranmış sıx dostluq əlaqələrindən, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hər iki ölkə arasında sıx əməkdaşlıq münasibətlərinin yaranmasından və hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu ənənələrin daha da inkişaf etdirilməsindən, Azərbaycanın dünyada tolerant ölkə olaraq tanınmasından, ölkəmizdə, həmçinin qərb regionunda yaşayan rusdilli xalqların nümayəndələrinə göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Konfransda iştirakçılar tərəfindən irəli sürülən bir sıra problemlərə də aydınlıq gətirilib.

Qərb regionunun Rus icmasının fəaliyyəti iştirakçılar tərəfindən qənaətbəxş hesab olunub.

Konfransda müzakirə olunan məsələlər barədə qərar qəbul edilib və Azərbaycan Rus icmasının Bakıda keçiriləcək qurultayına nümayəndələr seçilib.

Sonda "Novosti Gəncə" qəzetinin təşkilatçılığı ilə Gəncə şəhər ümumtəhsil məktəbləri arasında keçirilən və 9 May - Qələbə Gününə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti