Bakıda müvəqqəti duracaqlarda ödəniş etməyən sürücülərə qarşı tədbirlər görülməsinə başlandı

Bakıda müvəqqəti duracaqlarda ödəniş etməyən sürücülərə qarşı tədbirlər görülməsinə başlandı

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda rəsmən ödənişli müvəqqəti duracaqlardan istifadə edərkən lazım olan məbləği ödəməkdən imtina edən bir neçə avtomobilin sürücüsü barədə qanunvericiliyə uyğun olaraq cəza tədbirləri görüləcək. Bundan sonra belə hallara yol verən sürücülərin əməlləri həm də ictimailəşdiriləcək ki, onlar qınaq obyektinə çevrilsinlər. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisi bildirib ki, paytaxtda rəsmi ödənişli müvəqqəti duracaqlardan istifadə edən bəzi sürücülər həmin ərazi üzrə məsul olan Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) işçilərinə qarşı kobudluq nümayiş etdirib və oradakı parkomatlara ödəniş etməyiblər. Hələlik idarəyə 4 avtomobil barədə ölçü götürülməsi ilə bağlı müraciət daxil olub.

V.Əsədovun sözlərinə görə, bunlar "90 AB 005" dövlət nomrə nişanlı, ağ rəngli "Lexus" markalı, "99 FK 713" dövlət nomrə nişanlı, qara rəngli "Kia Sportage" markalı, eləcə də "90 NR 088" dövlət nomrə nişanlı, qara rəngli "Mercedes S class" markalı və "90 RV 989" dövlət nomrə nişanlı, qara rəngli "Volkswagen Touareg" markalı avtomobillərin sürücüləridir. Onlar şəhər ərazisindəki müvəqqəti duracaqlardan istifadə etmələrinə baxmayaraq, ərazidəki parkomatlara pulu ödəməkdən imtina ediblər: "Təəssüf ki, məsələn, "Lexus" kimi bahalı markalı avtomobili idarə edən şəxs istifadə etdiyi xidmətin müqabilində təyin edilmiş 50 qəpik və ya 1 manat məbləğində ödənişi etməkdən imtina edir. Belə halların olması heç də yaxşı deyil. Bu, onlara heç nə verməyəcək. Avtomobil ödənişli müvəqqəti duracaqlarda saxlanılırsa, təyin edilmiş məbləğ ödənilməlidir. Əks halda parkomata 50 qəpik, 1 manat ödəməyən sürücülər indi ondan dəfələrlə çox cərimə ödəməli olacaqlar. Belə ki, həmin sürücülər tərəfimizdən İnzibati Xətalar Məcəlləsinin 158-1-ci (Dayanma, durma və parklanma qaydalarının pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcək və 20 manat məbləğində cərimə olunacaqlar".

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəis müavini Lətif Axundov Trend-ə bildirib ki, əslində belə faktlar çoxdur. Belə ki, İdarə artıq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə "90 ZZ 228" dövlət nomrə nişanlı "Toyota Yaris" markalı, "99 BO 335" dövlət nomrə nişanlı "BMW" markalı, "90 LB 034" dövlət nomrə nişanlı "Hyundai Elantra" markalı, "90 CC 801" dövlət nomrə nişanlı "Kia Picanto" markalı, "H019577" dövlət nomrə nişanlı "Mitsubishi Pajero" markalı cip, "10 GC 344" dövlət nomrə nişanlı "Mercedes E class" markalı, "90 GP 106" dövlət nomrə nişanlı "Mercedes S class" markalı, "90 DK 720" dövlət nomrə nişanlı "BMW 525" markalı, "99 SS 628" dövlət nomrə nişanlı "Peugeot" markalı avtomobillərin sürücüləri ilə də bağlı müraciət etməyi planlaşdırır: "Hələlik bu şəxslərə qarşı ictimai qınaq tətbiqi mövqeyi nümayiş etdirmək istəyirik. İstəyirik ki, onlar mətbuat vasitəsilə ictimai qınağa tuş gəlsinlər ki, ödənişlərini etsinlər. Amma ödəniş edilməsə, onlar dayanma, durma və parklanma qaydalarını pozduqlarına görə yol polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunacaqlar".

L.Axundov qeyd edib ki, hazırda ödənişli duracaqlar və parkomatlardan istifadə ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır ki, sürücülər tərəfindən belə hallara yol verilməsin. Hətta gələcəkdə bu kimi hallara yol verən sürücülər barəsində foto və videomaterialların hazırlanaraq ictimailəşdirilməsi də nəzərdə tutulur.

Sabunçuda narkotik satan ana və oğlu saxlanılıblar (FOTO)
Sabunçuda narkotik satan ana və oğlu saxlanılıblar (FOTO)
Astarada 85 yaşlı qadın yanğında ölüb
Astarada 85 yaşlı qadın yanğında ölüb
“İnfiniti”və “Extra” gecə klublarının rəhbərləri həbs ediliblər (FOTO)
“İnfiniti”və “Extra” gecə klublarının rəhbərləri həbs ediliblər (FOTO)
Loading Bars
Xəbər lenti
Kənd təsərrüfatı məhsullarına ziyan vuran viruslar yayılır - AQTA
Sabunçuda narkotik satan ana və oğlu saxlanılıblar (FOTO)
2023-cü ilin sonuna qədər DOST mərkəzlərinin sayının 13-ə çatdırılması planlaşdırılır - Nazir
Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi qaydası təsdiq edilib
Qırğızıstanın sabiq baş naziri saxlanılıb
İnsanlar sevdikləri işlə məşğul olduqda daha məhsuldar və yaradıcı olurlar - Filial rəhbəri (FOTO)
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 341-ə, vakansiyaların sayı 1484-ə çatıb
Temperatur yüksəlir: 43 dərəcəyədək isti olacaq
İranda ötən sutka 39 min nəfər koronavirusa yoluxub, 378 nəfər ölüb
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO)
Medianın İnkişafı Agentliyində Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru ilə görüş olub
Qarabağı DAHA YAŞIL bərpa edək!
Paşinyan yeni hökumətini formalaşdırır - Altı nazir təyin edildi
Eldəniz Səlimov saxlanılıb
Təyyarələrimiz Zəngəzur üzərindən uçsa, qiymətlər ucuzlaşa bilər - Ekspert
Sabah 41 dərəcəyədək isti olacaq
Astarada 85 yaşlı qadın yanğında ölüb
Aİ-98 benzini niyə bahalaşıb?
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni resident əlaqələndiricisini qəbul edib (FOTO)
Eldəniz Səlimovu hansı cəza gözləyir?
Kanadanın baş naziri ABŞ prezidentinə mərcdə uduzub
Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edildi
Baş prokuror Eldəniz Səlimova qarşı cinayət işinin maddəsinə aydınlıq gətirib
Məşhur Hollivud filminin əsasında serial çəkiləcək
Ən təhlükəli qida allergenlərin siyahısı açıqlanıb
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
BTQ ilə daşınan konteynerlərin sayı 60 faizdən çox artıb
Spikerdən sərt reaksiya: Deputatın yiyəsi xalqdır
Hindistanda hərbi helikopter qəzaya uğrayıb
Yardımlı meşəsində yanğının söndürülməsinə helikopter cəlb edilib
“İnfiniti”və “Extra” gecə klublarının rəhbərləri həbs ediliblər (FOTO)
"bp"nin mənfəəti 3 milyard dollardan çox olub
Narkotikə görə polis şöbəsində saxlanılan şəxs ölüb
Vilyam Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq
Yüngül atlet Ramil Quliyev Olimpiya Oyunlarında yarımfinala yüksəlib
Cəlilabadda metamfetamin satanlar saxlanılıb
Azərbaycanda baramaçılıqla bağlı yeni dövlət standartı təsdiq edilib
Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir - Komissiya sədri
Eldəniz Səlimovun toxunulmazlığının ləğvi ilə bağlı təqdimatımın kifayət qədər əsasları var - Baş prokuror
Karantini pozan restoran icarədarı həbs edilib (FOTO)
“Rabita Mobile” ilə kredit ödə və dəyərli hədiyyə qazan!
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda peşəkar dövlət idarəçiliyi mövcuddur - Deputat
Müəlllimlər üçün vakansiya seçiminə start verilir
Paytaxtda 8 yeni məktəb binası inşa olunur (FOTO)
Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam məsələsini müzakirə edir
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada tapıldı (FOTO/VİDEO)
Sabahdan bu marşrut xətti kartla ödənişə keçir
USAID Azərbaycanda post-münaqişə bərpa layihələrində iştirak etməyi planlaşdırır
Arvadını qətlə yetirən hakimin məhkəməsi başlayır
Azərbaycanda qızıl bahalaşıb
Füzulidə sərhəd pozucuları saxlanılıb, külli miqdarda narkotik götürülüb
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb
Həyat yoldaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib
Metroda 4 yeni qatar xəttə buraxılıb (FOTO)
Tovuzda yeni avtomobil tuneli inşa edilir (FOTO)
Sumqayıtda güzəştli mənzillər nümayiş olunub (FOTO)
“YAŞAT düşərgəsi”nə “Shokki Mokki”dən dəstək (FOTO)
Gəncə Dövlət Universitetinin məzunu MİQ imtahanında ən yüksək bal toplayıb
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi Türkiyədəki yanğınla bağlı yardım kampaniyasına qoşulub (FOTO)
Karantini pozan gecə klubunun icarədarı 4000 manat cərimələnib
Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub
Milli Məclis Eldəniz Səlimovun toxunulmazlığına xitam vermək məsələsini müzakirə edəcək
Yenə döyüşə getməyə hazıram - Ayağını itirən Qarabağ qazisi (Trend TV)
ABŞ "Delta" ştammına görə karantin məhdudiyyətləri tətbiq etməyəcək
Avqustun 3-də xarici valyutaların manata qarşı məzənnələri
ABŞ-da dövlət borcu limitini keçdiyi üçün əlavə təcili tədbirlər görülür
Polşada qeyri qanuni siqaret istehsalçıları büdcəyə 3,8 milyon avro ziyan vurublar
Serbiya qaz mənbələrinin şaxələndirilməsi üçün "Cənub Qaz Dəhlizi"nə maraq göstərir - Nazir (Müsahibə)
BVF dünya iqtisadiyyatının bərpası üçün 650 milyard dollarlıq ehtiyat aktivləri ayırıb
Çexiya əks kəşfiyyat rəhbərinin səlahiyyətləri daha beş il uzadıla bilər
Güləşçimiz Tokioda bürünc medal uğrunda mübarizə aparacaq
İndoneziya sahillərində zəlzələ baş verib
Estoniyada prezidentliyə Elmlər Akademiyası rəhbərinin namizədliyi təsdiqlənib
Britaniyada koronavirusa yoluxanların sayı 5,9 milyonu ötüb
İranda zəlzələ olub
Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb
Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb
"İnstagram"ın işində qüsurlar yaranıb
İranda dörd nəfər daşqın qurbanı olub
Şəhriyar Məmmədyarov “Chessable Masters" turnirində pley-offa vəsiqə qazanıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 70 milyon dollara yaxın artıb
Bərdədə ağır yol qəzası baş verib (FOTO)
Azərbaycanda tikinti materiallarının istehsalı artıb
"YouTube" kanalı milyard dollarlıq mərc təklif edir (VİDEO)
Müəllimlər 25 il iş stajından sonra 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdırlar - Ekspert
Azərbaycanda zəlzələ qeydə alınıb
Türkiyədə turist avtobusu qəzaya uğrayıb, ölənlər var
Azərbaycanda da insanların immunitetinə uyğun yeni bir ştamm yarana bilər - Ekspert
Zəngəzur dəhlizi bölgənin iqtisadi inkişafina ciddi təsir göstərəcək - Deputat
Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni belə davam etdirir (FOTO/VİDEO)
Ermənistanın Azərbaycan Ordusunun avtomobilini atəşə tutması və itkilərin olması barədə məlumat həqiqətə uyğun deyil - MN
"Pallone düzəlişi"ni dəstəkləyənlər ABŞ-dakı erməni diasporu ilə əməkdaşlıqdan faydalanmağa çalışır – Metyu Brayza
Azərbaycan Türkiyəyə 400 milyon kubmetrdən çox qaz ixrac edib
Azərbaycanda qida məhsullarının istehsalı artıb
Qardaş Türkiyə bu problemin də öhdəsindən gələcək - Deputat
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub-MN
Rusiyaya meyvə-tərəvəzin ixracı ilə bağlı qoyulan tələblər sahibkarlarla müzakirə olunub
40 kiloqramdan artıq heroin və metamfetaminin satışa çıxarılmasının qarşısı alınıb (FOTO/VİDEO)
Bütün xəbərlər