...

"28 Cinema" jurnalist və bloqerlər üçün "Baş itirməyin milyon üsulu" filminin nümayişini keçirir

Cəmiyyət Materials 8 İyul 2014 15:24 (UTC +04:00)
Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" iyulun 8-də yerli media nümayəndələri üçün "Baş itirməyin milyon üsulu" filminin iki gün öncədən premyerasını keçirir.
"28 Cinema" jurnalist və bloqerlər üçün "Baş itirməyin milyon üsulu" filminin nümayişini keçirir

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" iyulun 8-də yerli media nümayəndələri üçün "Baş itirməyin milyon üsulu" filminin iki gün öncədən premyerasını keçirir. Qeyd edək ki, bu seansa izləyicilər də bilet alıb premyeranı ilk olaraq qiymətləndirə bilərlər.

Filmdə hadisələr Vəhşi Qərbdə baş verir. Uyğunsuz yerdə və zamanda aşiq olmağa nə vadar edib? Burada restoranlarda kobudluq edirlər, isti suya əfsanələr qoşurlar, nəqliyyatda da vəziyyət uçuruma doğrudur. Lakin naməlum qadının gözəl bədən quruluşu var və o, çox yaxşı güllə atır. Belə gözəlçədən özxoşuna kim imtina edər?

"Baş itirməyin milyon üsulu" komediya və vestern janrında çəkilib. Filmin rejissoru və baş qəhrəmanı Set MakFarleyndir. Bundan başqa, filmdə Şarliz Teron, Amanda Sayfred, Liam Nison və Nil Patrik Harris kimi Hollivud ulduzları yer alıb.

Film kinoteatrın repertuarına iyulun 10-dan etibarən daxil olacaq.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür, həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti