...

Bu il Azərbaycanda həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrumetmə yerlərindən qaçması hallarına yol verilməyib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2014 17:48 (UTC +04:00)
Azərbaycanda 2014-cü il ərzində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının etibarlı mühafizəsi təmin edilib, həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrumetmə yerlərindən qaçması hallarına yol verilməyib.
Bu il Azərbaycanda həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrumetmə yerlərindən qaçması hallarına yol verilməyib (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda 2014-cü il ərzində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının etibarlı mühafizəsi təmin edilib, həbs olunmuş şəxslərin və məhkumların azadlıqdan məhrumetmə yerlərindən qaçması hallarına yol verilməyib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətinin Mühafizə alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədov bu gün Mühafizə alayının 2014-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Quliyevin sədrliyi ilə keçən və Mühafizə alayının, eləcə də Penitensiar xidmətin Baş İdarəsinin məsul əməkdaşları iştirak etdiyi müşavirədə çıxış edən Mehman Məmmədov Mühafizə alayının 2014-cü ilin birinci yarısı ərzindəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edib.

Alayın komandiri həmçinin qeyd edib ki, alaya gələn gənc əsgərlərin qəbulu, onlara vətənpərvərlik ruhunun aşılanması, tədris toplanışlarının və məşğələlərin yüksək səviyyədə keçirilməsi təmin olunub. Müşavirədə bəzi bölük komandirlərinin və alayın məsul əməkdaşlarının çıxışları dinlənilib.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Quliyev çıxış edərək 2014-cü ilin birinci yarım ili ərzində Mühafizə alayının qarşısında duran vəzifələrin lazımi səviyyədə həyata keçirildiyini qeyd edib, xidməti intizamın möhkəmləndirilməsi, döyüş xidməti nizamnaməsinin tələblərinə ciddi əməl olunması, həqiqi hərbi xidmət keçən əsgərlərə diqqət və qayğının artırılmasına dair tapşırıq və tövsiyyələrini verib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının 2014-cü ilin birinci yarısı ərzindəki xidməti və döyüş fəaliyyəti nöqsan və çatışmazlıqlar nəzərə alınmaqla qənaətbəxş hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti