...

Həyat yoldaşınız avtomobili idarə edərkən diqqətli olun (VİDEO)

Cəmiyyət Materials 8 Avqust 2014 14:23 (UTC +04:00)
Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsində təhlükəsizliyin təmin edilməsi, hərəkət iştirakçılarının rahat, fasiləsz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təbliğat işlərinin aparılmasına böyük diqqət ayrılır.
Həyat yoldaşınız avtomobili idarə edərkən diqqətli olun (VİDEO)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsində təhlükəsizliyin təmin edilməsi, hərəkət iştirakçılarının rahat, fasiləsz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təbliğat işlərinin aparılmasına böyük diqqət ayrılır. Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

V.Əsədov deyib ki, bu məqsədlə idarənin təbliğat üzrə əməkdaşlarının fəaliyyəti ilə maarifləndirici videoçarxlar yayılır. Onun sözlərinə görə, ümumiyyətlə, təbliğat işlərinin mütəmadi aparılması yol-nəqliyyat hadisələrinin sayının azalmasına təsir göstərir.

Bölmə rəisi qeyd edib ki, hadisələrin təhlilinə nəzər saldıqda görünür ki, yol qəzaları əsasən sürət həddinin aşılması, piyadaların avtomobillərlə vurulması, yol ayrıclarının və manevr qaydalarının pozulması nəticəsində baş verir. Bu isə sürücü diqqətsizliyi, piyada səhlənkarlığı və hərəkət zamanı ani diqqətsizliyin nəticəsidir.

Trend oxucularına maarifləndirici videoçarxlardan birini təqdim edir. Videoçarxda da göstərildiyi kimi, ani diqqətsizlik böyük qəzaya səbəb olur.

Qeyd edək ki, 2014-cü il yanvarın 1-dən avqustun 2-dək Bakı şəhəri üzrə 529 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 165 nəfər həlak olub, 554 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti