...

Azərbaycan Turizm İnstitutu Britaniyanın universiteti ilə memorandum imzalayıb

Cəmiyyət Materials 16 Sentyabr 2014 16:12 (UTC +04:00)
Azərbaycan Turizm İnstitutu (ATİ) ilə Böyük Britaniyanın Uels Aberistvit Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Turizm İnstitutu Britaniyanın universiteti ilə memorandum imzalayıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Turizm İnstitutu (ATİ) ilə Böyük Britaniyanın Uels Aberistvit Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

ATİ-nin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, bu münasibətlə keçirilən görüş zamanı Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və Böyük Britaniyanın Aberistvit Universitetinin nümayəndələri - Con Qratan və Murtuza Əli Qəznəvi iki ali təhsil müəssisəsi arasında əlaqələrin qurulmasının faydalı olacağına əminliklərini bildiriblər. Qarşıdakı tədris illərində təhsil, təcrübə, tədqiqat sahəsində əməkdaşlığın genişlənəcəyini diqqətə çatdırıblar.

İki ali təhsil ocağı arasında müəyyən şərtlər əsasında dialoqun yaranması, mümkün akademik və tədqiqat imkanları, o cümlədən konkret təşəbbüslərin müəyyənləşməsi kimi məsələlər ətraflı müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti