...

Azərbaycan daxili işlər nazirinin yeni müavini təyin edilib

Cəmiyyət Materials 1 Noyabr 2014 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun müavini vəzifəsindən azad olunub.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub.

Qeyd edək ki, Ə.Ələkbərov 2001-ci ildən R.Usubovun müavini idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti