Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda dəmir yolu kənarında yerləşən evlərin sökülməsi ilə əlaqədar xüsusi Dövlət Proqramı hazırlanır.
Trend xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin I müavini Qurban Nəzərov bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC bununla bağlı bütün rəsmi məlumatları artıq Nazirlər Kabinetinə təqdim edib: "Dövlət Proqramına əsasən də bu işlərin icrası ilə bağlı tədbirlər görüləcək. Bu işlərə yalnız Dövlət Proqramı qəbul edildikdən sonra başlanacaq".