...

“Uşaqlar üçün ekoloji laboratoriya” (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2015 12:42 (UTC +04:00)
Uşaqlara erkən yaşlardan təbiətə qayğının aşılanması onların gələcəkdə bitki və heyvanat aləminin mühafizəkarları kimi yetişmələrinə təkan verir.
“Uşaqlar üçün ekoloji laboratoriya” (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Uşaqlara erkən yaşlardan təbiətə qayğının aşılanması onların gələcəkdə bitki və heyvanat aləminin mühafizəkarları kimi yetişmələrinə təkan verir. IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya"nın 14 fevral tarixində keçiriləcək növbəti təlimi də məhz uşaqların heyvanlarla tanışlığına və onlarda heyvanlara qarşı sevgi hissinin aşılanmasına həsr olunacaq. Bu barədə Trend-ə IDEA İctimai Birlikdən məlumat verilib.

Laboratoriya zamanı uşaqlar ev heyvanlarına qayğı göstərməyin, onları bəsləməyin və yetişdirməyin sirlərini öyrənəcəklər. Onlara heyvanlar barədə maraqlı faktlar və məlumatlar izah olunacaq, uşaqlar həmçinin müxtəlif oyunlar və müsabiqələr vasitəsilə öz "kiçik dostları" barədə biliklərini nümayiş etdirəcəklər. Bununla yanaşı, laboratoriya zamanı uşaqlar əyani şəkildə ev heyvanı ilə tanış olacaq, onu yemləmək və onun qayğısına qalmaq imkanı əldə edəcəklər.

Layihənin ənənəsinə uyğun olaraq, laboratoriyanın gedişində "kiçik ekoloqlar" üçün laboratoriya tədqiqatları, müxtəlif bilik yarışmaları və maraqlı oyunlar da təşkil olunacaq, həmçinin kiçik incəsənət nümunələri yaratmaq üçün şərait yaradılacaqdır.

Təlim uşaqlara əyləncəli gün bəxş etməklə yanaşı, onların təbiəti daha yaxşı qavramalarına töhfə verəcəkdir.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Növbəti təlimlər barədə elanlar mütəmadi olaraq, mətbuatda dərc olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti