...

Xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxslərin nəzərinə

Cəmiyyət Materials 5 Fevral 2015 11:15 (UTC +04:00)
Nazirlər Kabineti “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün ərizə-anket”in formasını təsdiq edib.
Xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxslərin nəzərinə

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

Nazirlər Kabineti "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün ərizə-anket"in formasını təsdiq edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, formada xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının şəkli, soyadı, adı, atasının adı, əgər soyadını və ya adını dəyişibsə, səbəbləri göstərilməklə əvvəlki soyadı və ya adı, doğulduğu tarix (gün, ay, il), doğulduğu yer, milliyyəti, cinsi, ailə vəziyyəti (nikahda, dul, subay), Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədin seriyası və nömrəsi, verilməsi tarixi (gün, ay, il), etibarlılıq müddəti (gün, ay, il), eləcə də vətəndaşlığını qəbul etdiyi xarici dövlətin rəsmi adı, vətəndaşlığı əldə etməyinə dair əsaslar (Azərbaycan vətəndaşının həmin xarici dövlətin ərazisində doğulduğu, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslar və başqa əsaslar) göstərilməlidir.

Ərizə-anket formasında Azərbaycan vətəndaşının xarici dövlətin vətəndaşlığını əldə etdiyi tarix, xarici dövlətin vətəndaşlığını təsdiq edən pasportun və ya digər sərhədkeçmə sənədinin seriyası və nömrəsi, verilməsi tarixi (gün, ay, il), etibarlılıq müddəti (gün, ay, il), ərizəni şəxsin qanuni nümayəndəsi verirsə, həmin şəxsin soyadı, adı və atasının adı, doğulduğu tarix (gün, ay, il), doğulduğu yer, vətəndaşlığı, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi, imzası, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənədin nömrəsi, verilməsi tarixi (gün, ay, il), etibarlılıq müddəti (gün, ay, il) və kim tərəfindən verilməsi yer almalıdır.

Sənəddə həmçinin xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının onunla birlikdə xarici dövlətin vətəndaşlığını qəbul etmiş yetkinlik yaşına çatmayan uşaqlarının soyadı, adı və atasının adı, doğum tarixi, (gün, ay, il), doğum yeri, pasportunun və ya digər sərhədkeçmə sənədinin (pasportu olmayan şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin) seriyası və nömrəsi də qeyd olunmalıdır. Formada xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı Azərbaycanda və xarici dövlətdə qeydiyyatda olduğu və hazırda yaşadığı yerin ünvanı, telefon nömrəsi (ev, mobil, olduğu halda iş) və elektron poçt ünvanını da göstərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti