...

Hadisə yerindən qaçan sürücü tutuldu

Cəmiyyət Materials 13 Fevral 2015 14:51 (UTC +04:00)
Paytaxtın Sabunçu rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək tutulub.
Hadisə yerindən qaçan sürücü tutuldu

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Sabunçu rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək tutulub.

Trend-in Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata istinadən verdiyi məlumata görə, fevralın 12-də saat 20 radələrində rayonun Sabunçu qəsəbəsi ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq piyada - 1972-ci il təvəllüdlü Həsənov Mahir Qılıncxan oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin "İSUZU" markalı 90-RJ-463 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1963-cü il təvəllüdlü Səmədov Yusif Əsgər oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti