...

Azərbaycanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri artır

Cəmiyyət Materials 6 İyul 2015 18:18 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri artır

Azərbaycan, Bakı, 6 iyul /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunur, bu sahədə mövcud qanunvericilik, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumat verilir, sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara ümumi yığıncaqların keçirilməsində və digər təşkilati məsələlərin həllində müvafiq tövsiyələr verilir, sahəyə dair qanunvericilik aktlarını, məlumatları və digər sənədləri özündə əks etdirən kitabçalar və broşürlər paylanılır.

Görülmüş işlərin nəticəsidir ki, artıq Bakı şəhərinin Yasamal rayonu, Zahid Xəlilov küç., ev 74 ünvanında yerləşən 15 mərtəbəli, 3 bloklu, 112 mənzilli binada rayon üzrə növbəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılaraq qeydiyyat orqanında "Yasamal-4" MMMC adı ilə dövlət qeydiyyatından keçib. Bununla da respublikada dövlət qeydiyyatına alınan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) sayı artıq 8-ə çatıb.

Bununla yanaşı, hazırda Bakı şəhəri və respublikanın digər şəhərlərində çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti