Azərbaycan, Bakı, 22 iyul /Trend/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini rəsmi internet səhifəsində yerləşdirib.
Trend TQDK-ya istinadən məlumat verir ki, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Təhsil forması |
Qəbul planı |
Qəbul olunub |
Qəbulolma |
||
Azərbaycan bölməsi |
Rus |
Bölmələr üzrə cəmi |
faizi |
||
Dövlət ödənişsiz |
3903 |
3686 |
108 |
3794 |
97.10 |
Dövlət ödənişli |
4525 |
4093 |
143 |
4236 |
93.50 |
Özəl |
500 |
501 |
0 |
501 |
100.00 |
Cəmi |
8928 |
8280 |
251 |
8531 |
95.44 |
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2015-ci il iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.