...

“ASAN xidmət” mərkəzləri 2 gün işləməyəcək

Cəmiyyət Materials 23 Sentyabr 2015 12:51 (UTC +04:00)
24-25 sentyabr Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.
“ASAN xidmət” mərkəzləri 2 gün işləməyəcək

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

24-25 sentyabr Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərməyəcək.

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən mləumata görə, şənbə və bazar günləri isə (26-27 sentyabr) vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti