...

WorldMedia.az saytı fəaliyyətə başladı

Cəmiyyət Materials 30 Oktyabr 2015 17:44 (UTC +04:00)
Artıq dünya mediasının Azərbaycanla bağlı məqalə və reportajlarını bir ünvandan izləmək mümkün olacaq.
WorldMedia.az saytı fəaliyyətə başladı

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Artıq dünya mediasının Azərbaycanla bağlı məqalə və reportajlarını bir ünvandan izləmək mümkün olacaq.

Bu gündən etibarən fəaliyyətə başlayan www.worldmedia.az saytı ölkəmizin informasiya məkanında bir ilkə imza atacaq. Sayt ölkəmiz haqqında xarici KİV-də yayılan məqalə və reportajları Azərbaycan dilində oxuculara təqdim edəcək.

Hər gün xarici yazılı və elektron KİV-lərin monitorinqi ilə məşğul olacaq "WorldMedia" komandası Azərbaycanla bağlı materialları operativ şəklildə tərcümə edərək oxucularla paylaşacaq.

Saytın "Video" bölməsində isə xarici televiziya kanallarının Azərbaycana dair yayımladığı reportajlar, videosüjetlər Azərbaycan dilində dublyaj edilərək nümayiş olunacaq.

WorldMedia.az saytında dünyanın ən müxtəlif ölkələrinin aparıcı KİV-lərində Azərbaycan haqqında yer almış yazılarla tanış olmaq olar.

Saytın baş redaktoru əvvəllər "525-ci qəzet" və "Həftə içi" nəşrlərində, "Milli.az" internet portalı və "Region plus" həftəlik analitik jurnalında çalışmış təcrübəli jurnalist Cahangir Həsənlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti