...

HP Azərbaycanda təhsil mərkəzi yaradır

Cəmiyyət Materials 10 Yanvar 2016 20:21 (UTC +04:00)
HP şirkəti Azərbaycanda təhsil mərkəzi yaradır.
HP Azərbaycanda təhsil mərkəzi yaradır

Bakı. Hüseyn Vəliyev - Trend:

HP şirkəti Azərbaycanda təhsil mərkəzi yaradır. Bunu Trend-ə "HP Azerbaijan" nümayəndəliyinin rəhbəri İnarə Quliyeva deyib.

İ.Quliyevanın sözlərinə görə, mərkəz geniş profilli İT-mütəxəssislər hazırlayacaq: "Onun yaradılmasında məqsəd mütəxəssislərimizin, sifarişçilərimizin və tərəfdaşlarımızın xaricə getmədən ölkədə təhsil almaq imkanı qazanmasıdır".

Mərkəzin açılma müddəti hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti