...

Silahlı Qüvvələrdə "Açıq qapı" günü (FOTO)

Cəmiyyət Materials 21 Mart 2016 12:05 (UTC +04:00)
Azərbaycan müdafiə nazirinin tapşırığına əsasən Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil edilib.
Silahlı Qüvvələrdə "Açıq qapı" günü (FOTO)

Bakı. Trend:

Azərbaycan müdafiə nazirinin tapşırığına əsasən Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil edilib.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gün ərzində ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlər müzakirə edilib, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.

Hərbi hissələrdə təşkil olunan "Novruz" şənliklərində tonqallar qalanıb, hərbçilərə bayram sovqatları təqdim olunub və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti