...

Gəncə yazarları Qarabağ ağrısı ilə... (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2016 16:46 (UTC +04:00)
08.04.2016-cı ildə Gəncə yazarlarının Dağlıq Qarabağa həsr olunmuş yığıncağı keçirildi.
Gəncə yazarları Qarabağ ağrısı ilə... (FOTO)

Bakı. Trend:

08.04.2016-cı ildə Gəncə yazarlarının Dağlıq Qarabağa həsr olunmuş yığıncağı keçirildi.

Yığıncaq Dağlıq Qarabağda şəhid olan oğullarımızı bir dəqiqəlik sükutla yad etməklə başladı. Sonra AYB Gəncə Bölməsinin sədri Xəzangül Dağlıq Qarabağda Azərbaycan ordusunun uğurlu irəliləyişi üçün Yazarları təbrik etdi. O, söylədi ki, bütün dünyaya məlumdur, Dağlıq Qarabağ torpağı çox-çox qədimlərdən Azərbaycan ərazisinə mənsubdur. Bu tarixin üstündən qələm çəkmək istəyən mənfur qonşularımızın torpaq iddiası, heç bir ölçüyə sığmayan istəkləri, Azərbaycan xalqı ilə birlikdə bütün bəşəriyyətin sağlam düşüncəli insanlarını sarsıtdı. Bir az ibarə ilə desək, işğal olunan torpaqlarımızın hər daşı, torpağı öz ulu anası böyük Azərbaycandan ayrı düşdüklərinə görə fəryad çəkir, mədəd diləyir. Son günlər Azərbaycan ordusunun əsir düşən torpaqlarımızı azad etmək uğrundakı şücaəti bütün xalqımızın və onun ziyalılarını da ayağa qaldırdı.

Yazıçılar, şairlər ədəbi mühitin bütün nümayəndələrinin Qarabağa həsr olunmuş əsərləri həmişə öndə olmuş və indi də yaranan əsərlərin başlıca mövzusu Qarabağ dərdi ilə yüklənmişdir. Elə bir yazıçı, elə bir şair, elə bir sənətkar tapılmaz ki, Qarabağ dərdi onların yaradıcılığının əsas xəttini təşkil etməsin. Bu günkü yığıncaq yazarlarımızın bütün ruhları ilə hər bir Azərbaycan əsgərinin yanında olub, onlarla birgə mübarizə etmək arzularından doğmuşdur. Bu arzunun ifadəsi üçün yazarlarımızın hər birinin yaratdığı əsərləri Azərbaycan əsgərlərinin qüvvət və qüdrətinin tərənnümü kimi qəbul ediləcəkdir.

Şair Bayram Göyçəli çıxışında qeyd etdi ki, Qarabağda gedən proseslər bir daha sübut etdi ki, Dövlət ilə xalq həmişə birdir və bir olacaqdır. Bu birlik, bu vəhdət biz yazarları da ruhlandırır və öz əsərlərimizdə bu vəhdəti, bu bütövlüyü alqışlayırıq. Mən də bu bütövlüyə həsr etdiyim şeiri oxumaq istəyirəm.

Şair və yazıçılardan Mikayıl Yanar, Ceyhunə Mehmanqızı, Ədalət Qoşunoğlu, Pəhlivan Əfəndi, Zaur Quliyev, Qul Məsail, Samirə Səma, Həsanalı Abbaslı, İmamverdi Məmmədov, Oruc Göyçəli, Solmaz Şəms, Rəhim Qurbani, Pərvin Quliyev, Zahir Şirani, Ramiz Təmkin, Oqtay Abdulla, Nadir Ovçu, Mürsəl Rəfi, Adil Qarayev, İlqar Ələsgərov, Kənan Məmmədov, Aləmzər Əlizadə ürək sözlərini bildirərək Qarabağa həsr olunmuş şeirlərini söylədilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti