...

Budapeştdə azərbaycanlı modelyer-dizaynerin milli geyimlərdən ibarət kolleksiyası təqdim olunub (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2016 12:47 (UTC +04:00)
Macarıstanın paytaxtı Budapeşt şəhərində hər il ənənəvi şəkildə keçirilən “Uşaq moda günləri” adlı tədbirdə bu ölkədə yaşayan soydaşımız modelyer-dizayner Leyla Cəbrayılqızının “Azərbaycan milli uşaq geyimləri” adlı kolleksiyasının növbəti təqdimatı keçirilib.
Budapeştdə azərbaycanlı modelyer-dizaynerin milli geyimlərdən ibarət kolleksiyası təqdim olunub (FOTO)

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeşt şəhərində hər il ənənəvi şəkildə keçirilən "Uşaq moda günləri" adlı tədbirdə bu ölkədə yaşayan soydaşımız modelyer-dizayner Leyla Cəbrayılqızının "Azərbaycan milli uşaq geyimləri" adlı kolleksiyasının növbəti təqdimatı keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Münsiflər heyəti tərəfindən fərqlənmə diplomuna layiq görülmüş kolleksiyaya daxil olan milli geyimlər beynəlxalq uşaq bağçasında təhsil alan 10 müxtəlif millətin kiçik nümayəndələri tərəfindən podiumda sərgilənib. Nümayiş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bundan öncə Macarıstanda akkreditə olunmuş diplomatların xanımlarının təmsil olunduğu Diplomat Xanımları Budapeşt təşkilatının təşəbbüsü ilə keçirilən xeyriyyə yarmarkasında nümayiş etdirilmiş milli geyimlər həmin tədbirdə də auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.

Nümayişi izləyən Macarıstan Prezidentinin xanımı milli qadın geyimlərimizlə bağlı xoş təəssüratlarını dilə gətirib.

Gənc modelyer Leyla Cəbrayılqızı milli geyimlərimizdən ibarət növbəti sərgini Vyanada təşkil etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti