...

Mixail Zabelin Bilik Fondunda olub (FOTO)

Cəmiyyət Materials 6 May 2016 19:20 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər həyata keçirir.
Mixail Zabelin Bilik Fondunda olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə silsilə tədbirlər həyata keçirir. Belə görüşlərdən biri mayın 5-də YAP idarə heyətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, Azərbaycanın Rus İcmasının sədri, millət vəkili Mixail Zabelinlə Bilik Fondunda gerçəkləşib.

Bilik Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Fondun əməkdaşları və "Azərbaycan dilini öyrənirik" layihəsi çərçivəsində Rus Pravoslav kilsəsində Azərbaycan dilini öyrənən dinləyicilərlə görüşən M.Zabelin ulu öndərlə bağlı xatirələrini bölüşüb.

Heydər Əliyev Azərbaycan SSR-nin birinci katibi vəzifəsində çalışdığı dövrdə onun köməkçisi olduğunu xatırladan M.Zabelin Ümimmili lideri yaxından tanıdığı üçün xoşbəxt insan olduğunu deyib.

Millət vəkili bildirib ki, məhz Ulu öndərin yürütdüyü multikultural siyasətin nəticəsidir ki, bu gün Azərbaycandakı xalqlar bir bayraq altında firavan yaşayır: "Azərbaycanda heç vaxt milli zəmində qarşıdurma olmayıb. Xüsusən ruslarla azərbaycanlılar arasında anlaşılmayan heç nə yoxdur. Heydər Əliyev hələ sovet dövründə ölkəyə rəhbərlik etdiyi zaman xalqların qardaşlığının, dostluğunun əbədi olması üçün böyük işlər görüb. Heydər Əliyevin "mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı Ulu öndərin multikulturalizm dəyərinə verdiyi önəmin ən bariz nümunəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti