...

3 vəzifəli şəxsə qanun pozuntusunu aradan qaldırmaq barədə xəbərdarlıq edilib

Cəmiyyət Materials 15 İyul 2016 11:49 (UTC +04:00)
Bu ilin 6 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.
3 vəzifəli şəxsə qanun pozuntusunu aradan qaldırmaq barədə xəbərdarlıq edilib

Bakı. Samir Əli - Trend:

Bu ilin 6 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.

Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarısı ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib, 3 şəxs barəsində inzibati iş üzrə icraat açılıb, 3 vəzifəli şəxsə qanun pozuntusunun aradan qaldırılması barədə xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti