...

Ən çox korrupsiya faktı aşkarlanan qurumlar məlum oldu

Cəmiyyət Materials 15 İyul 2016 12:03 (UTC +04:00)
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb.
Ən çox korrupsiya faktı aşkarlanan qurumlar məlum oldu

Bakı. Samir Əli - Trend:

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb.

Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarısı ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib

K.Əliyev bildirib ki, bu il məhkəməyə göndərilən 100 işdən ən çoxu bank sektoru ilə bağlı olub: "Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib. Digər cinayət işlərinin 16-sı özəl sekor, 13-ü tikinti sektoru, 11-i ticarət, 8-i yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə bağlı olub. Məhkəmələrə göndərilən cinayət işlərinin 5-i bələdiyyələr, 4-ü səhiyyə, 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 3-ü təhsil, 3-ü azərenerji, 3-ü nəqliyyat, 1-i daxili işlər orqanları ilə bağlı olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti