...

Rusiyalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazandı (FOTO)

Cəmiyyət Materials 23 İyul 2016 16:26 (UTC +04:00)
Rusiyalı Marqarita Mamun bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında çoxnövçülük üzrə qızıl medal qazanıb.
Rusiyalı gimnast Bakıda Dünya Kubokunda qızıl medal qazandı (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Rusiyalı Marqarita Mamun bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında çoxnövçülük üzrə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 4 hərəkətin yekunu üzrə M.Mamun 77.150 bal yığıb.

Gümüş və bürünc medallara da ruslar sahib çıxıb. Belə ki, ikinci yeri 77.050 balla Yana Kudryavtseva, üçüncü yeri isə 75.850 balla Aleksandra Soldatova tutub.

Azərbaycan gimnastları Marina Durunda və Jalə Piriyeva isə müvafiq olaraq 70.500 və 68.850 bal toplayaraq, 10 və 14-cü yerlərlə kifayətləniblər.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti