DYP: Parkomatlar yol polisinin səlahiyyətində deyil

Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin yaz sessiyasının son plenar iclaslarında Bakıda parkomatlarda qiymətlərin yüksək olması ilə bağlı məsələ qaldırıldı və müzakirələrə səbəb oldu. Qeyd olundu ki, yeraltı parkomatlarda qiymətlərin baha olması həmin parkomatlardan istifadə edən sürücülərin azlığına səbəb olur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, parkomatlarda qiymətlərin müəyyən edilməsi yol polisinin səlahiyyətində deyil, amma parkomatlarda qiymətlər aşağı olsa, bu, qanunsuz yerdə avtomobil saxlayan sürücülərin də sayının azalmasına səbəb olar: “Ən azı yol polisinin dayanma-durma ilə bağlı keçirdiyi tədbirlər ilə müsbət nəticələr əldə etmək mümkündür”.
Siyavuş Novruzov: Parklanma yerlərinə elə qiymət qoyublar ki, orada "siçanlar oynayır"