...

"Toyota" 3 milyon avtomobilini geri çağırır - SƏBƏB?

Cəmiyyət Materials 30 Mart 2017 22:03 (UTC +04:00)
Yaponiyanın “Toyota Motor” avtomobil şirkəti bütün dünyada 2,9 milyon avtomobilini geri çağırır
"Toyota" 3 milyon avtomobilini geri çağırır - SƏBƏB?

Bakı. Trend:

Yaponiyanın "Toyota Motor" avtomobil şirkəti bütün dünyada 2,9 milyon avtomobilini geri çağırır.

Trend-in məlumatına görə, bu qərar "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarındakı problemlərlə əlaqədardır.

Məlumatda qeyd olunur ki, problemlər "Toyota Corolla" və "Toyota RAV4" modellərində aşkar edilib.

Ayrı-ayrılıqda Yaponiyada 750 min, Çində 650 min, Yaxın Şərqdə və Okeaniyada 1,16 milyon avtomobil geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti