...

Zabelin: Rusiya Ali Məhkəməsi ÜAK-ın bağlanması barədə müraciəti təmin etməyəcək

Cəmiyyət Materials 7 Aprel 2017 13:10 (UTC +04:00)
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması barədə Rusiya Ədliyyə Nazirliyinin müraciəti Rusiya Ali Məhkəməsi tərəfindən təmin olunmayacaq və həqiqət ÜAK-ın tərəfində olacaq
Zabelin: Rusiya Ali Məhkəməsi ÜAK-ın bağlanması barədə müraciəti təmin etməyəcək

Bakı. Azad Həsənli - Trend:

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması barədə Rusiya Ədliyyə Nazirliyinin müraciəti Rusiya Ali Məhkəməsi tərəfindən təmin olunmayacaq və həqiqət ÜAK-ın tərəfində olacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Azərbaycanın rus icmasının rəhbəri Mixail Zabelin deyib.

O, ÜAK-ın Rusiyada fəaliyyətini davam etdirəcəyindən əmin olduğunu qeyd edib.

M.Zabelin vurğulayıb ki, multikulturalizm təkcə Azərbaycanın dövlət siyasəti deyil, həm də Azərbaycan xalqının həyat tərzidir: “Biz bunu yüksək qiymətləndiririk. Mən Azərbaycan Prezidentinə və xalqına bu ölkədə yaşayan millətlərə və xalqlara səmimi və xoş münasibətinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Qeyd edək ki, bundan əvvəl Rusiya Ədliyyə Nazirliyi Ali Məhkəməyə ÜAK-ın ləğv edilməsi üçün müraciət edib. Bildirilib ki, ÜAK fəaliyyəti zamanı Rusiya Federasiyası qanunvericiliyini pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti