...

Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır

Cəmiyyət Materials 18 Aprel 2017 10:41 (UTC +04:00)
“Azəravtoyol” ASC tərəfindən Yasamal rayonu Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır.
Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Mikayıl Müşfiq küçəsində müvafiq işlər aparılır.

ASC-dən Trend-ə verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti