...

“Gənclər kitab oxuyur” layihəsinin mövsüm bağlanışı keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyul 2017 10:53 (UTC +04:00)
“Gənclər kitab oxuyur” layihəsinin mövsüm bağlanışı keçirilib.
“Gənclər kitab oxuyur” layihəsinin mövsüm bağlanışı keçirilib (FOTO)

Bakı. Trend:

"Azercell Telekom" MMC mütaliə sevərlər üçün aprel ayından start verdiyi “Gənclər kitab oxuyur” layihəsinin mövsüm bağlanışını keçirib. Tədbirdə layihənin qiraətçiləri, bu günədək əsərləri oxunan yazıçılar, media nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, Azercell-in “Gənclər kitab oxuyur” layihəsi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyub. Oxu günlərində Azercell-in 2 il bundan əvvəl istifadəyə verdiyi "Bookmate" tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən oxunub.

Xatırladaq ki, layihədə iştirak edən qiraətçilər isə müsabiqə yolu ilə seçiliblər. Belə ki, 18-29 yaş arası gənclər özləri haqqında qısa məlumat və səs nümunələrini Azercell-ə təqdim edərək müsabiqədə iştirak ediblər. Ən yaxşı qiraətçilər “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində publika qarşısında kitab oxumaq imkanı qazanıblar.

Qeyd edək ki, "Azercell" ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən "Bookmate" əlavəsi sayəsində bütün "Azercell" abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. Azercell-in təqdim etdiyi mobil kitabxanada 800 000-dən artıq kitaba çıxış təmin olunub.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti