...

Azərbaycanda "Sülh aylığı" keçirilir

Cəmiyyət Materials 12 Sentyabr 2017 11:14 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkədə 21 avqust – 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir.
Azərbaycanda "Sülh aylığı" keçirilir

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkədə 21 avqust – 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir.

Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Aylıq çərçivəsində Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən Xaçmaz rayon Mərkəzi kitabxanasında və Siyəzən rayon Zarat kəndində silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə yerli icra hakimiyyəti orqanlarının, digər dövlət qurumlarının, habelə dini icmaların və ictimaiyyətin nümayəndələri, o cümlədən mədəniyyət sahəsində çalışan şəxslər iştirak ediblər.

Quba Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev hər il ölkədə “Sülh aylığı” keçirildiyini bildirib. Qeyd edilib ki, bu məqsədlə çoxsaylı silsilə tədbirlər təşkil olunub.

Tədbirlərdə 21 sentyabr - Beynəlxalq Sülh Gününün yaranma tarixi, “Sülh aylığı”nın mahiyyəti barədə məlumat verilib.

Aylıq çərçivəsində keçirilən tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti