...

Bakı Metropolitenində retro vaqonlar - FOTOREPORTAJ

Cəmiyyət Materials 8 Noyabr 2017 15:07
“İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonlar bərpadan sonra nümayiş olunur.
Bakı Metropolitenində retro vaqonlar - FOTOREPORTAJ

Trend-i buradan izləyin

Bakı. Trend:

“İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonlar bərpadan sonra nümayiş olunur.

Mıtişşi maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar “A” tipli vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib.

Retro tipli digər vaqonlar “Q” tipli vaqonlar idi. Yeni mühərrikli vaqonlar Qorki xətti üçün nəzərdə tutulduğuna görə “Q” tipli adlandırılırdı. Bu vaqonların istismar müddəti 1983-cü ildə başa çatıb.

Təqdimatı olan “E” tipli digər vaqonların hazırlanmasına isə 1956-cı ildə başlanılıb. “E” tipli ilk iki sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı.

Qeyd edək ki, 50 illik yubileyi qeyd edilən Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Trend retro vaqonların görüntülərini təqdim edir.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti