...

Azərbaycan əsgərinin meyiti təhvil verilib

Cəmiyyət Materials 28 Noyabr 2017 14:41 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə görülmüş zəruri tədbirlər nəticəsində noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan Ordusunun əsgəri olduğu ehtimal edilən cəsədi noyabrın 28-də Azərbaycan tərəfinə təhvil verilib.
Azərbaycan əsgərinin meyiti təhvil verilib

Bakı. Samir Əli - Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə görülmüş zəruri tədbirlər nəticəsində noyabrın 23-də Azərbaycan Ordusunun əsgərinə məxsus olduğu ehtimal edilən cəsəd noyabrın 28-də Azərbaycan tərəfinə təhvil verilib.

Bu barədə Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi İlahə Hüseynova bildirib.

Qeyd edək ki, 23 noyabr 2017-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində tapıldığı və 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər, Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilmişdi.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti