...

Bakıda bu avtobuslarda kondisionerlər işə düşdü

Cəmiyyət Materials 17 May 2018 13:58 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gündən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslarda sərnişinlərin rahatlığının təmin edilməsi məqsədi ilə kondisionerlərin qoşulmasına başlanılıb.

Trend-in məlumatına görə, şirkət rəhbərliyinin göstərişi ilə yay mövsümünün başlaması ilə əlaqədar avtobuslarda havasərinlədici qurğuların sazlığı yoxlanılıb və avtobuslarda mərkəzləşdirilmiş qaydada kondisionerlərin qoşulmasına qərar verilib.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” 18, 61, 65 və 85 saylı marşrut xətlərində xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti