...

Bakı Metropoliteni: Metroda köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil

Cəmiyyət Materials 31 İyul 2018 13:32 (UTC +04:00)
Bakı metropolitenində köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil.
Bakı Metropoliteni: Metroda köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil

Bakı. Samir Əli - Trend:

Bakı metropolitenində köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil.

Trend-in məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qatarların kondisionerlə təchiz edilməsi həmin qatarların konstruksiyasında nəzərdə tutulmayıb: "Bu yalnız yeni alınan qatarlarda mümkündür. Yeni qatarların alınması mərhələli davam edir. Qatarlar istismar müddətini başa vurduqca xətdən çıxarılır. Praktik olaraq köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil".

Qurum rəsmisi həmçinin bildirib ki, yeni vaqonların alınması iki halda mümkün ola bilər: "Birincisi köhnə vaqonlar istismar müddətini başa vurduğu zaman mümkündür. Bir vaqonun istismar müddəti 31 ildir. Köhnə vaqonlar istismar müddətini başa vurduqdan sonra onlar yeniləri ilə əvəz olunacaq. Burada da əsas məqsəd sərnişinlərin rahatlığını təmin edən vaqonları alıb istismara verməkdir. İkinci halda isə əgər yeni stansiyalar istismara verilsə, tələbata uyğun olacaq yeni qatarlar da sifariş verilə bilər. Yəni, yeni vaqonların hazırlanması sifariş əsasında olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti