...

Azıx mağarasında qədim insan çənəsinin aşkar edilməsinin 50 illiyi qeyd ediləcək

Cəmiyyət Materials 1 Oktyabr 2018 11:13 (UTC +04:00)
Oktyabrın 1-dən 5-dək Qəbələdə Azıx mağarasından 1968-ci ildə qədim insanın çənəsinin aşkar edilməsinin 50 illiyinə həsr edilmiş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Azıx mağarasında qədim insan çənəsinin aşkar edilməsinin 50 illiyi qeyd ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Oktyabrın 1-dən 5-dək Qəbələdə Azıx mağarasından 1968-ci ildə qədim insanın çənəsinin aşkar edilməsinin 50 illiyinə həsr edilmiş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, beynəlxalq elmi konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.

Konfransa İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə iyirmiyədək tanınmış mütəxəssislər qatılacaq.

Konfrans müddəti ərzində iştirakçıların Azıx mağarasında qədim insan çənəsinin kəşfinin elmi əhəmiyyəti, paleolit dövründə Afrika və Avrasiyada qədim insanların miqrasiya prosesləri, müasir texnologiyaların tətbiqi ilə aparılan tədqiqatların yeni nəticələri və digər aidiyyəti mövzular üzrə elmi çıxışları olacaq.

Konfrans iştirakçıları Qəbələ rayonu ərazisində aparılan arxeoloji tədqiqatlarla tanış olacaq, Mingəçevir rayonu ərazisindəki Qaraca paleolit düşərgəsini ziyarət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti