...

Bakı metrosunda sıxlıq o vaxt aradan qaldırıla bilər ki... - Baş mühəndisin cavabı

Cəmiyyət Materials 26 Fevral 2019 14:54 (UTC +04:00)
Bakı metrosunda Qırmızı və Yaşıl xətlər ayrıldıqdan sonra qatarlar arasında interval azalacaq.
Bakı metrosunda sıxlıq o vaxt aradan qaldırıla bilər ki... - Baş mühəndisin cavabı

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda Qırmızı və Yaşıl xətlər ayrıldıqdan sonra qatarlar arasında interval azalacaq.

Bunu Trend-ə özəl müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanov qeyd edib ki, "28 May" stansiyasında kəsişən Qırmızı və Yaşıl xətlərin ayrılmasından sonra Bakı Metropoliteninin inkişafı daha da sürətlə həyata keçirilə bilər:

"Amma bunun üçün bəzi şərtlər var: "Həzi Aslanov" stansiyasından "Xətai" stansiyasına qədər tunellər tikilməlidir, "Dərnəgül" stansiyasından ən azı "Koroğlu" stansiyasına qədər olan hissə istifadəyə verilməlidir. Bu işlərdən sonra "Cəfər Cabbarlı" və "28 May" stansiyaları ayrılmalıdır. Xətlər bir-birindən ayrıldıqdan sonra isə sərnişinlərin xətlər üzrə paylanmasında tarazlıq yaranacaq və xətlərdə qatarlar arasında interval eyni olacaq. Bilirsiniz ki, indi pik saatlarda "Həzi Aslanov"dan "28 May"a qədər qatarlar arasında interval 120 saniyə təşkil edir, lakin "28 May" stansiyasından "Dərnəgül" və ya " İşərişəhər" stansiyalarına qədər interval 240 saniyə və daha çox olur. Xətlər ayrılanda isə həmin yollarda da interval 120 saniyə olacaq".

Baş mühəndis bildirib ki, bu məsələ ilə bağlı Bakı Metropoliteninin rəhbərliyi konsepsiya hazırlayıb və hökumətə təqdim edib: "Bu işlər mərhələli şəkildə həllini tapacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti