...

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər

Cəmiyyət Materials 19 Mart 2019 21:30 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) həyətində İlaxır çərşənbə münasibətilə tədbir keçirilib.
BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) həyətində İlaxır çərşənbə münasibətilə tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, hava şəraitindən asılı olmayaraq, universitetin müəllim və tələbə heyəti bayram tədbirinə böyük coşqu ilə qatılıblar.

Universitetin rektoru Elçin Babayev kollektivi təbrik edib, xoşbəxtlik və firavan həyat arzulayıb.

Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev Novruzun yenilik, təravət, dost və ülfət bayramı olduğunu qeyd edərək təbriklərini çatdırıb.

Yaşlı, orta və cavan nəslin nümayəndələrinin iştirakı ilə möhtəşəm Novruz tonqalı alovlandırılıb və tədbir tələbələrin tonqal ətrafında dövrə vuraraq “Yallı” rəqsini ifa etmələri ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti