...

Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildən-ilə artır (VİDEO)

Cəmiyyət Materials 15 Aprel 2019 13:33 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildən-ilə artır.
Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildən-ilə artır (VİDEO)

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı ildən-ilə artır.

Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

N.Arpadarai qeyd edib ki, Formula 1 Azərbaycan Qran Prisi iqtisadiyyatımıza töhfə verən bir layihədir: "Bildiyiniz kimi, Formula 1-in bir mövsümdəki yarışlarını 500 milyon insan izləyir. Azərbaycan Qran Prisini isə keçən il canlı yayım vasitəsilə 82 milyon insan izləyib. Bu, çox böyük rəqəmdir".

O bildirib ki, Formula 1 yarışı, həmçinin ölkənin tanıdılmasına xidmət edir: "Digər tərəfdən, bu yarış ölkəyə gələn birbaşa və dolayı gəlirlər deməkdir. Biz 2016 və 2017-ci illərdə Qran Prinin ölkəmizə gətirdiyi birbaşa və dolayı faydaları yoxlamaq üçün "PwC" şirkətinə müraciət etdik və onların araşdırması nəticəsində məlum oldu ki, 2016 və 2017-ci il Qran prilərindən ölkəmizə gələn ümumi gəlirlərin məbləği 277 milyon dollar təşkil edib".

Şöbə müdiri vurğulayıb ki, Formula 1 Azərbaycan Qran Prisinə bilet satışında ildən-ilə 30 faiz artım qeydə alınır: "Hazırda da bilet satışı uğurla davam etdirilir. 1 və 2-ci yerlərdə bilet alışı baxımından Rusiya və Böyük Britaniya yer alır. Keçən il ümumilikdə 78 ölkədən bilet alınmışdı. Onu da deyim ki, Formula 1 Qrupun araşdırmasına əsasən, tamaşaçıların 76 faizi Bakıdakı Qran Pridən çox məmnun qalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti