Bakı. Elçin Mehdiyev - Trend:
Mayın 21-də Sumqayıtda Regional Vəkil Bürosunun açılış mərasimi baş tutacaq.
Bu barədə Trend-ə Vəkillər Kollegiyasından məlumat verilib.
Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü Rudolf Lauranın çıxışları dinləniləcək.