Bakı. Mətanət Nəsibova - Trend:
Son illər ərzində Azərbaycan fəal iqtisadi artım nümayiş etdirir və bunun nəticəsi olaraq regionun aparıcı ölkəsi hesab olunur.
Trend-in məlumatına görə, bunu Çexiyanın Sənayeçilər İttifaqının prezidenti Yaroslav Qanak Azərbaycan-Çexiya biznes forumunda deyib.
O qeyd edib ki, Çexiya məhz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı olmasına böyük əhəmiyyət verir:
"Bundan başqa, Çexiya Azərbaycanla kənd təsərrüfatı və investisiyalar sahəsində əməkdaşlıqda maraqlıdır. Məsələn, biz Azərbaycanda heyvandarlıq sahəsində tətbiq olunan aqrar qurğular inşa edə bilərik".