...

“Tarqovı”nın bağlanması ilə bağlı xəbərlər doğru deyil - BŞİH

Cəmiyyət Materials 21 May 2019 16:36 (UTC +04:00)

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib.

İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov Trend-ə bildirib ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib:

"Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti